Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçiləri Vətənə dönüb.
Missiya.Az “Report”a istinadən xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dünya çempionatında 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə, 63 kq çəki dərəcəsində Nihat Məmmədli və 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıblar. E.Əzizli karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.