AZ

Dünya çempionu olan güləş üzrə Azərbaycan millisi Vətənə dönüb

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə dönüb.

AZƏRTAC xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) turniri qızıl medalla başa vurublar.

Seçilən
62
33
yeniazerbaycan.com

10Mənbələr