AZ

Valensiya su altında qalıb: Qurbanlarının sayı 95-ə çatıb - YENİLƏNİB+VİDEO

İspaniyadakı daşqınlar nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.

Valensiya şəhərində yollar və bütün ərazilər su altında qalıb, bu da xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, hərəkəti məhdudlaşdırır.

Daşqınlar infrastrukturu məhv edib, yaşayış sahələrini su basıb, rabitə əlaqəsində fasilələrə səbəb olub, sakinləri elektriksiz qoyub. 

***18:32

İspaniyanın Valensiya şəhərində baş verən yağışlar və sel fəlakətində ölənlərin sayı 62-yə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Valensiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilir ki, hazırda xilasetmə və axtarış işləri davam etdirilir.

Seçilən
87
12
iqtisadiyyat.az

10Mənbələr