Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Rossiya-1” telekanalında nümayiş olunan “60 dəqiqə” proqramına müsahibəsində qeyd edib.
“Lazım gəlsə, mən tərəddüd etmədən prezident Putinlə danışmağa hazıram”, – Fiko bildirib.
O qeyd edib ki, bu, “tamamilə ciddi” bəyanatdır.
Fiko xatırladıb ki, o, Rusiya Federasiyasının baş naziri olduğu müddətdə Putinlə bir neçə dəfə görüşüb.
Slovakiya lideri həmçinin 2025-ci il mayın 9-da Moskvaya səfər etməyi və Qələbə Paradında iştirak etməyi özünün “şəxsi vəzifəsi” adlandırıb.