“Spirtli içkilərin qiymətinin artırılması saxta spirtli içkilərin artımına, kölgə iqtisadiyyatına gətirib çıxaracaq”.
Hurriyyet.Az Sfera.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“İçkilərin saxta olması, onun keyfiyyətsiz olması demək deyil. İçkinin keyfiyyəti ancaq laboratoriyada müəyyən edilə bilər. Elə içki hazırlana bilər ki, qeydiyyatdan keçəndən daha keyfiyyətli olsun. Saxta deyəndə biz onun qeydiyyatdan keçməməsini nəzərdə tuturuq. Bu məsələyə isə gərək hüquq mühafizə orqanları və Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etsin. Spirtli içki aksizli mal sayılır, 4,8 manat vergi nəzərdə tutulur, bunu 10 manata qaldıra bilərik. Əgər insanların sağlamlığını qorumaq istəyiriksə, bu barədə qanuna düzəliş etmək lazımdır. Bundan başqa, bütün vergilər və ödənişlər qanunla müəyyən olunmalıdır“, - millət vəkili bildirib.