İspaniyanın Valensiya şəhərində və ətrafında güclü yağışların səbəb olduğu dağıdıcı daşqının nəticələrini əks etdirən fotolar yayılıb.
OXU24.COM xəbər verir ki, fəlakətə səbəb gündəlik yağıntının səviyyəsinin illik həcmə bərabər olmasıdır.
Yolların dağıldığı, hər yerin su altında qaldığı şəhərdə "avtomobil qəbiristanlıqları" meydana gəlib.
Qeyd edək ki, 100-ə yaxın insanın öldüyü ölkədə 3 günlük matəm elan edilib. İtkinlərin axtarışları davam etdirilir.