AZ

Polkovnik: "Kramatorsk tutulsa, müharibədə dönüş nöqtəsi olacaq!"

Kramatorskın rus qoşunları tərəfindən ələ keçirilməsi Ukraynadakı münaqişədə dönüş nöqtəsi olacaq. Bu fikri Lenta.ru-ya açıqlamasında istefada olan polkovnik hərbi ekspert Anatoli Matviyçuk deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna ordusu “müdafiə xətti olmayan zonalara”, yəni Kramatorsk və Dnepropetrovsk ərazilərinə geri çəkilməyə məcburdur. Matviyçuk iddia edib ki, Rusiya Silahlı Qüvvələri bu mövqeləri tutsa, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi tamamilə dağılacaq.

"Biz "Donetsk Xalq Respublikasının" sərhədlərinin bərpası və döyüşlərin Ukrayna ərazisinə keçirilməsi ilə bağlı tapşırıqları başa çatdıracağıq", - Matviyçuk bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
17
news365.az

1Mənbələr