AZ

Azərbaycanlı jurnalistlər Türkiyə Cümhiriyyətinin 101-ci il dönümündə “Tempo.TV” - nin qonağı olub - VİDEO » AzadMedia.az


Bakı, 30 oktyabr — Azadmedia.az

29 Oktyabr qardaş Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olundu.

Azərbaycanlı jurnalistlər Türkiyə Cümhiriyyəti bayramında “Tempo TV” - də “Gazetecilerle Gündem” proqramında qonaq qismində
iştirak ediblər.

Azadmedia.az xəbər verir ki, Türkiyədə Cümhuriyyət bayramında Tempo TV-də yayınlanan “Gazetecilerle Gündem” proqramının bu həftə qonaqları azərbaycanlı jurnalistlər Kəmalə Rüstəmova və Mehriban Bəylərqızı olub.

Belə ki, Jurnalistlərimiz Cümhuriyyətin yaranmasının 101-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını təbrik ediblər. Bildiriblər ki, Qazi Mustafa Kemal Atatürkün rəhbərliyi ilə Qurtuluş Savaşını taclandıran Qardaş Türkiyə Cümhuriyyətinin quruluşunun 101-ci il dönümünü böyük coşqu və sevinclə qeyd edirik. Lakin dəvət olunduğumuz proqramda masada Azərbaycan bayrağını görməməyimiz bizi olduqca məyus elədi. Həmçinin vurğulayıblar ki, Azərbaycanda hər bir məkanda öz Üçrəngli bayrağımızla bərabər, hər zaman qardaş ölkə Türkiyə bayrağı da eyni masaya qoyulur. Jurnalistlər verilişdəki masaya Türkiyə bayrağı yanında Azərbaycan bayrağının gətirilməsini də tələb ediblər.

Qeyd edək ki, jurnalist Mehriban Bəylərqızının bu xatırlatmasından sonra Tempo TV-də yayınlanan “Gazetecilerle Gündem” proqramının efirinə Azərbaycan bayrağı da gətirilib.

Nəzərinizə çatdıraq ki, haqlı danışıqdan sonra proqram masasında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan və Pakistan bayraqları da yer alıb.

Seçilən
43
1
azadmedia.az

2Mənbələr