AZ

Universitetlərdə vahid geyim forması olsunmu? - FƏRQLİ FİKİRLƏR

Ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlərdə vahid geyim forması yoxdur. Son zamanlar bu mövzu ətrafında müzakirələr çoxalıb.

Təhsil ekspertləri də universitetlərin vahid geyim formasına keçirilməsinin, tələbələrin geyimlərinə nəzarət olunmasının önəmi barədə öz fikirlərini bölüşürlər.

Təhsil eksperti Elmin Nuri də universitetlərin geyim formasının olmasının tərəfdarıdır. Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, social şəbəkədə paylaşım edib.

“İndi kurtkanı (hansısa üst geyimi) tam geyinməyib, çiyinlərin üzərinə aşıraraq CAPS LOCK-CAPS LOCK gəzməyin adı nədir ki? Bu, nəyin yoxsulluğudur?!

Universitet rəhbərləri mühafizə heyətinə məncə, bununla bağlı xüsusi tapşırıq verməlidir: bu cür tərzdə dərsə gələn tələbələri (Polad Ələmdar kimi) elə həyətdəcə özünə çəki-düzən verib, geyim formasının düzgünlüyünü təmin edəndən sonra içəri buraxsınlar”.

“Universitetdə universitet ab-havası olmalıdır…”, - deyə Elmin Nuri qeyd edib

Maraqlıdır, universitetlərdə vahid geyim forması tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib ki, BDU-da tələbələrin geyimi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Bakı Dövlət Universitetində vahid geyim barsəində düşünülmür”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Ömərova Bakıvaxtı.az-a həmkarıyla həmrəy olduğunu deyib. Onun sözlərinə görə, UNRC-də də tələbələrin vahid geyim forması haqqında müzakirə aparılmır.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev Bakıvaxtı.az-a bildirib ki, universitetdə vahid geyim forması mövcud deyil. Bununla belə, onun sözlərinə görə, vahid geyim forması olması fikri yerində olan təklifdir:

“Qərb universitetlərinin, bir sıra qabaqcıl xarici universitetlərin hər birində vahid geyim forması mövcuddur, tələbələrin fərqli-fərqli geyimlərdə olması,məhdudiyyətlərin olmaması onların fərd olar inkşafında mənfi təsir göstərir, həmçinin universitet üçündə zaman-zaman problemlər yarada bilir. Bu baxımdan vahid geyim forması universitetlərin vəziyyətini daha da yaxşılaşdırır”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı da Bakıvaxtı.az-a bununla bağlı universitetdə heç bir müzakirə aparılmadığını deyib.

Nuriyyə Musayeva

Seçilən
77
bakivaxti.az

1Mənbələr