Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək.

Leqal.info “aysor.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə əsasən, bu, normal danışıqlar prosesidir.

XİN başçsı yaxın gələcəkdə hər iki ölkənin yerdə qalan 1-2 bənd üzrə razılığa gələ biləcəkləri barədə nikbin olduğunu qeyd edib və əlavə edib ki, bundan sonra sülh müqaviləsinin mətni tam razılaşdırılmış olacaq.

Leqal.info