İranın İsrailin son hücumuna cavabı noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl verə bilər.
Bu barədə CNN məlumat yayıb.
“İran İslam Respublikasının sionist rejimin təcavüzünə cavabı qəti və ağrılı olacaq” mənbə, CNN-ə bildirib. Əlavə edib ki, cavab tədbirləri ehtimal ki, prezident seçkiləri gününə qədər həyata keçiriləcək.
CNN bildirir ki, bu, Tehranın İsrailin hücumunun şiddətini azaltmaq kimi ilkin strategiyasından əl çəkdiyini göstərir.
“AzPolitika.info”