“Buraxılış imtahanlarının tarixini bütün nazirliklərlər və təşkilatlarla dəqiqləşdirdikdən sonra ilin sonunda elan edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
“Biz artıq bu ilin imtahanları ilə əlaqədar olan proqramı sentyabr ayından ictimaiyyətə açıqlamışıq. Builki yeniliklər buraxılış imtahanında ingilis dilində olan yeniliklərdir”.
M. Abbaszadə, həmçinin qeyd edib ki, şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək.
Fidan Etibar