Paytaxtda 8 Noyabr prospektindəki zolaq da daxil olmaqla, 80 km mikromobillik şəbəkəsinin qurulması hədəflənir.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.
"Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasının növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq", - deyə o qeyd edib.
Milli.Az