Xəbər verdiyimiz kimi, İran İsrailin hücumuna ABŞ-dakı prezident seçkilərindən əvvəl cavab verə bilər. Bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Publika.az xəbər verir ki, İsrail mediası da İranın noyabrın 5-dən əvvəl İsrailə hücum edəcəyini iddia edib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında İranın yaxın gələcəkdə İsrailə cavab verib-verməyəcəyi ilə bağlı məsələni dəyərləndirib.
Ağ Evin sözçüsü bildirib ki, İran İsrailin qisasına cavab verməməlidir: “Əgər cavab vermək istəsələr, biz İsrailin özünü müdafiəsini dəstəkləyəcəyik, lakin İran cavab verməməlidir. Mavi xətt boyunca diplomatik həll yolunun tapılması lazım olduğuna inanırıq. Biz bunun üçün çalışırıq”.