Bakı, TurkicWorld
COP29-da qida tullantıları yenidən emal ediləcək.
TurkicWorld xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Catering,təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, tədbirin formatına əsasən 3 qidalanma prosesi mövcuddur.
"Bunlardan biri portal satışıdır ki, ölkə pavilyonları artıq sifarişlər verməyə başlayıb. Onlar üçün hazırlıqlar davam edir. Azərbaycanda ilk dəfə COP29 tədbirində qida tullantılarının yenidən emalı olacaq. Bu səbəbdən tullantıları çeşidləyirik",- deyə o bildirib.