AZ

Makedoniyalı İsgəndərin geyimi tapıldı: Qəbri tapılmasa da...

Demokrit Universitetinin yunan arxeoloqları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Vergina şəhərindəki kral məzarlarından birində tapılan tunikanın sahibini müəyyənləşdiriblər. 

Məlum olub ki, bu geyim əşyasını vaxtilə Makedoniyalı İsgəndərin özü də geyinib. 

“Cebheinfo.az” xəbər verir ki, məqalə “Journal of Field Archeology” (JFA) elmi nəşrində dərc olunub.

Əvvəlki araşdırmalar Makedoniyalı İskəndərin ailəsinin bir neçə üzvünün Verginada I, II və III nömrəli kral məzarlarında dəfn edildiyini göstərib. Eyni zamanda, özünün dəfn olunduğu yer hələ də məlum deyil.

Alimlər müxtəlif sınaq üsullarından və tarixi arayışlardan istifadə edərək I türbədəki qalıqların İsgəndərin atası II Filippə aid olduğunu aşkar ediblər. II türbədəki qalıqlar İsgəndərin ögey qardaşı III Filippə, II türbədəki qalıqlar isə İskəndərin yeniyetmə ikən dünyasını dəyişən oğlu IV Aleksandra məxsusdur.

Amma ən maraqlı obyekt II türbədə qalıqlarla birlikdə tapılan bənövşəyi və ağ tunik olub.

Tədqiqatçılar qaz xromatoqrafiyası və Furye transformasiyasının infraqırmızı spektroskopiyasından istifadə edərək sınaqdan keçirdikdən sonra tunikin pambıqdan hazırlandığını və bənövşəyi rəngə boyandığını müəyyən ediblər.

Onlar həmçinin qeyd edirlər ki, tunik II türbədəki frizdə Makedoniyalı İskəndər kimi tanınan ovçunun üzərində təsvir edilib. Bundan əlavə, geyim qızıl əsa, palıd çələng və diademin yanında tapılıb, onların İsgəndərlə əlaqəsi olduğu güman edilir.

Tədqiqatçılar onun qardaşının ölümündən sonra III Filippin tacqoyma mərasimi ilə bağlı ola biləcəyindən şübhələnsələr də, tunikin qızıl əşyalarla birlikdə qəbirdə niyə “unudulduğunu” izah edə bilməyiblər.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr