AZ

Çin hesab edir ki, G7 Ukrayna Rusiyas münaqişəsini qızışdırır

Yeddilik Qrupu (Böyük Yeddilik) ölkələri Kiyevə silah tədarük etməklə daim Ukraynadakı münaqişəni qızışdırır, lakin eyni zamanda böhranın uzanmasına görə məsuliyyəti Çinə həvalə etmək istəyirlər. Bunu brifinqdə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib.

"Ukrayna məsələsində Çin həmişə sülh və danışıqları təşviq etməkdə israr edib və ikili təyinatlı malların ixracına həmişə ciddi nəzarət edib”, -  o bildirib.

G7-nin Neapol görüşündən sonra qəbul edilmiş birgə sənəddə assosiasiyaya üzv ölkələr Rusiyanın Çin, Şimali Koreya və İranla hərbi əməkdaşlığından bir daha narahatlığını ifadə ediblər.
 
Rusiya ilə Ukrayna arasında gərginlik 2021-ci ilin fevralından davam edir. Müharibə fonunda ABŞ və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. 
 
Hazırda 2 ölkə arasında gərginlik davam edir. 
 
Aytac 

www.anews.az
Seçilən
32
anews.az

1Mənbələr