AZ

Miqrantların saxlanılması mərkəzindəki əcnəbilər tərəfindən sovqat alınması qaydası müəyyənləşir

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi qaydası müəyyənləşir.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər say məhdudiyyəti olmadan iş günlərində bağlama, sovqat və banderol almaq və ya göndərmək, həmçinin şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Mərkəz işçisi tərəfindən baxış keçirilir.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol və əşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə olunur.

"Cebheinfo.az"

Seçilən
6
9
cebheinfo.az

10Mənbələr