AZ

İsrail və İran sadəcə dünyanın gözü qarşısında bir-birlərinə düşmən münasibət bəsləyirlər - ÖZƏL

"İsrail-İran münasibətləri biz həmişə demişik ki, üzdə göründüyü kimi deyil. Əslinə qalanda, alt qatda İsraillə İran arasında bir anlaşma, razılaşma var, onlar mehriban düşmənlərdir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"İsrail və İran dünyanın gözü qarşısında bir-birlərinə düşmən münasibət bəsləyirlər. Amma həm İranın, həm də İsrailin dərin dövləti bir-biri ilə işbirliyi içərisindədir. Ona görə də bir-birlərinə raket fırlatmaları, bomba atmaları, təhdidlər yağdırmaları, müharibə ilə hədələmələri sadəcə olaraq razılaşdırılmış addımlardır. İsraillə İran arasında genişmiqyaslı müharibə gözlənilmir və ümumiyyətlə bu iki dövlətin yaxın perspektivdə hər hansı şəkildə bir-birinə qarşı genişmiqyaslı əməliyyatlara keçəcəyini proqnozlaşdıra bilmərik. Dediyim kimi, atışmalar olacaq, söz atışmaları da, raket atışmaları da bu və ya digər şəkildə beynəlxalq platformalarda qarşı-qarşıya gəlməklər də və s. Amma geniş bir şey gözlənilmir. Əlbəttə ki, bütün bunlardan, bu yanaşmadan əziyyət çəkən həm də bölgə ölkələridir, o cümlədən də Azərbaycan. Görürsünüz ki, yeri gəldi, gəlmədi, İranda müəyyən qrup, kəsim hətta hakimiyyətdəki kəsim Azərbaycanı dəxli olmadan bir çox məsələlərdə ittiham edir ki, biz İsraillə işbirliyi içindəyik və s. Azərbaycan sadəcə olaraq onlardan fərqli olaraq İsraillə işbirliyini açıq şəkildə gerçəkləşdirir. Onlar isə gizli şəkildə, yəni ikiüzlülük edirlər, vicdansızcasına işbirliyinə gediblər, amma bunu gizli şəkildə edirlər. Ona görə də bizi təhdid edirlər. Bundan biz də narahat deyilik. Sadəcə olaraq bizim dərdimiz Güney Azərbaycanda, bütövlükdə İranda türklərin azadlıqlarının, hüquqlarının təmin edilməsidir. Əlbəttə, Azərbaycan dövləti buna açıq şəkildə müdaxilə etmir, etməyəcək də. Amma millət olaraq biz bunun fərqindəyik və əslinə qalanda İran-İsrail münasibətləri fonunda olsa da, olmasa da bizim davamız Güney Azərbaycanın azadlığıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr