AZ

Ağciyər xərçəngi riskini 30 dəfə artırır - ŞOK XƏBƏRDARLIQ

"2020-ci ildə dünya əhalisinin beşdə biri siqaret çəkirdi, bunun rəqəmin əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Siqaret çəkmək ağciyər xərçəngi riskini 10-30 dəfə artırır".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış həkimi, daxili xəstəliklər və onkologiya mütəxəssisi Umut Derici deyib. 

Siqaretin ağciyər xərçəngi riskini artırdığına diqqət çəkən həkim 2040-cı ildə ağciyər xərçənginə tutulma və ölüm nisbətində 50 faiz artım gözlədiklərini ifadə edib.

Xərçəng xəstələri üçün pəhrizin əhəmiyyətinə toxunan həkim Diltaş Baş bildirib ki, xərçəng xəstələri düzgün qidalanmama səbəbindən arıqlama və əzələ itkisi yaşayırlar: "Bunun qarşısını almaq üçün lazımi tibbi qidalanma dəstəyi verilməlidir. Arıqlamanın, əzələ itkisinin qarşısını almaq və düzgün qidalanmanı təmin etmək mümkündür".

Psixoonkoloq Sibel Cesur Akyunak isə xərçəng xəstələrinin və onların yaxınlarının xəstəlik prosesində psixoloji dəstək almasının vacibliyinə diqqət çəkib: “Xərçənglə mübarizə aparan fərdlər və onların ailələri üçün psixoloji dəstək həyati əhəmiyyət kəsb edir. Xərçəng prosesi zamanı psixoloji dəstək xəstəliyin çətin proseslərində həm emosional, həm də fiziki rifahı qorumağa kömək edir. Bu dəstək xəstələrin və onların ailələrinin xəstəliyin öhdəsindən gəlmək imkanlarını gücləndirir”.

Musavat.com

Seçilən
52
1
musavat.com

2Mənbələr