AZ

Psixoloqların işinə valideyn maneəsi

Məişət zorakılığının araşdırılmasında psixoloq və pedaqoqların da iştirakı nəzərdə tutulur. 

Bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur. 

Məsələ ilə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məsələ praktiki olaraq bəzən edilib, lakin artıq qanuna salınması müsbət haldır: 

"Lakin burada bir məsələ var ki, qəyyumlar bəzi hallarda valideynlər olur. Bu məsələ diqqətə alınmalıdır ki, valideyn icazə verməsə, qanunu tətbiq etmək mümkün olmayacaq. Bu maneəni aradan qaldırmağa ehtiyac var”. 

M.Zeynalova hesab edir ki, eyni zamanda, yalnız 16 yaşlılar deyil, 18 yaşına qədər bütün uşaqların işində psixoloq, pedoqoq və sosial işçilərin iştirakı olduqca vacibdir: 

“Bəzi valideynlərin yanlış hərəkətinin qarşısını almaq üçün onlara təmsilçilik hüququ verilməlidir". 

Seçilən
89
cebheinfo.az

1Mənbələr