AZ

Velosiped icarəsi üçün ödənişlər azaldılmalıdır -Təklif

Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.
 Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
 O bildirib ki, indiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub:
 "Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxs olur. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub".                    

 Nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a açıqlamasına görə, bu xidmətin təşkilində məqsəd velosiped istifadəçilərini stimullaşdırmaq və velosipedin nəqliyyat vasitəsi kimi istifadəsini genişləndirməkdir:

 "Əslində ilkin olaraq gündəlik 650 sifariş o qədər də pis göstərici deyil. Fikrimcə, velosiped icarəsi üçün ödənişlər azaldılmalıdır. Bununla vətəndaşların əksəriyyəti velosipeddən istifadəyə maraq göstərəcəklər. Prossesi yüksək dəyərləndirirəm. Bu həm ekoloji, həm də insanların sağlamlığı cəhətdən əhəmiyyətlidir.  Bildiyiniz kimi, indiki dövrdə vətəndaşlar artıq piyada yerimir, idmanla məşğul olmurlar. Həmçinin, statistik rəqəmlərdə ürək-qan damar xəstəliklərinin sayına görə, Azərbaycan lider ölkələrdən biridir. Zamanla Azərbaycanda velosipedçilərin sayının xeyli artdığını müşahidə edəcəyik. Çünki avtomobildən yaxa qurtarıb, velosipeddə rahatçılıq tapan insanlar var. Fikrimcə, onlar üçün mütləq geniş şərait yaradılmalıdır. Velosipedlərin təbliğinin əsas məqsədi isə hamıya məlumdur. Bununla həm tıxacı azaltmaq, həm də insanları fərdi nəqliyyat növlərindən uzaqlaşdırıb, ictimai nəqliyyata, yönləndirmək istəyirlər".
Seçilən
28
12
sherg.az

10Mənbələr