AZ

"Mən artıq ona demişdim ki..." - Xviça Kvaratsxeliya

İtaliya çempionatının 10-cu turunda səfərdə “Milan”ı məğlub edən (2:0) “Napoli”nin vingeri Xviça Kvaratsxeliya oyundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, gürcü futbolçu uğurunu şərh edib, həm də komanda yoldaşı Romelu Lukakunu tərifləyib:

“Meydanda Lukaku ilə əla anlaşmam var. O, çox təvazökar və çalışqandır. Mən artıq ona demişdim ki, neapollular futbolla yaşayır və o, bunu mükəmməl başa düşür”.

Bu oyunda Lukaku və Kvaratsxeliya hərəyə bir qol vurub.

Turnir cədvəlinin lideri “Napoli” İtaliya A Seriyasının növbəti turunda “Atalanta” ilə qarşılaşacaq.

Seçilən
83
sportinfo.az

1Mənbələr