AZ

Sahibkarların ölkədən milyonları çıxarması iddiasının iç üzü - Vahid Məhərrəmli saat 17:00-da Çətin sualda

Son günlər xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitləri Azərbaycana qaytarılmadığına görə bir neçə cinayət işləri başlayıb.

Bildirilir ki, hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında alqı-satqıya dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə “Fruit Yard” və “Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitinin, “EA-Fruits” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin, “ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini, “Local Garden” və “Organik Lojistik” MMC-lər tərəfindən ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən onların rəhbər şəxsləri barəsində məhkəmə qərarları ilə müxtəlif tədbirlər həyata keçirilib.

Adlarından da göründüyü kimi, adı keçən şirkətlər kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi məşğul olduqları aydın olur.

Nə baş verir?  Niyə məhz kənd təsərrüfatı ilə məşğul olan şirkətlər?  

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Seçilən
83
turan.az

1Mənbələr