AZ

Avropa Komissiyası “Temu” ilə bağlı araşdırma başladıb- AÇIQLAMA

Avropa Komissiyası Çinin “Temu” ticarət platformasına qarşı araşdırma başladıb.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Komissiya bu platformanı Avropa bazarında qeyri-qanuni məhsullar yaymaqda ittiham edir.

“Avropa Komissiyası “Temu” ticarət platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb. Komissiya “Temu”nun qeyri-qanuni məhsullar satmaqla Rəqəmsal Xidmətlər Aktını pozduğunu ehtimal edir”, – məlumatda deyilir.

Avropa Komissiyası şirkəti istintaqla əməkdaşlığa çağırıb və onu illik dövriyyənin 6 faizi məbləğində cərimə ilə hədələyib.

Azpost.info

Seçilən
44
azpost.info

1Mənbələr