Moldova millisinin UEFA Millətlər Liqası çərçivəsində noyabr ayında keçirəcəyi matçlar üçün heyəti aaçıqlanıb.
QOL.az xəbər verir ki, yığmanın heyətinə "Araz-Naxçıvan"ın qapıçısı Kristan Avram da dəvət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qolkiper Moldova millisinin səfərdə noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqla keçirəcəyi oyunlar üçün çağırılıb. Avram noyabrın 11-dən 20-dək yığmanın düşərgəsində olacaq.
Qeyd edək ki, bunadək "Turan Tovuz"un futbolçusu Denis Marandiçi də Moldova millisinə çağırılıb.