Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət millimiz növbəti yoxlama görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Millimizin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 28-də keçirilən ilk yoxlama görüşündə Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta