AZ

İsrail Xümsü vurdu: yaralılar var

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Xüms əyalətinin Kuseyr şəhərində sənaye zonasına və bir neçə yaşayış binasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“İsrail Xüms vilayətinin Kuseyr şəhərində bir neçə yaşayış binasına hücum edib. Zərbələr nəticəsində sənaye zonasındakı obyektlərə də ziyan vurulub”, - məlumatda qeyd olunub.

Mülki şəxslər arasında yaralananların olduğu bildirilir.

Seçilən
38
1
axar.az

9Mənbələr