AZ

Paşinyan erməni konyakının adının dəyişdirilməsinə çağırıb

Erməni konyakının adı Fransanın bölgəsinə aid edildiyinə görə dəyişdirilməlidir.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki,  bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan öz içkisini konyak adlandırmaqla başqa ölkələrin nümayəndələrinin gülüşünə səbəb olur, çünki konyak əvvəlcə Fransada eyniadlı regionda əldə edilən içkiyə verilən ad olub. Erməni alkaqolunun adı ilə bağlı qərar, ölkənin baş nazirinin fikrincə, dövlət iqtisadiyyatının gələcəyi üçün vacibdir.

“Biz bu məsələləri həll etməyənə qədər inkişaf etmiş iqtisadiyyatla inteqrasiya olunmuş iqtisadiyyata malik ola bilmərik. biz gecəqondu iqtisadiyyatı ola bilərik”, o qeyd edib.

QAZİLER.AZ

Seçilən
23
1
qaziler.az

2Mənbələr