AZ

Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində mediatur keçirilib (FOTO)

Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində mediatur keçirilib.

Olaylar xəbər verir ki, mediaturda KİV nümayəndələri, Dövlət Miqrasiya Xidməti, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "ASAN Visa" nümayəndələri iştirak ediblər.

KİV nümayəndələrinə COP29-a hazırlıq çərçivəsində görülən işlər, sərnişinlərin yoxlanış prosesi, pasport nəzarəti, eləcə də konfrans iştirakçıları üçün xüsusi giriş vizalarının terminallar vasitəsilə qeydiyyat prosesi nümayiş etdirilib.

Sərnişin buraxılış qabiliyyətini artırmaq məqsədilə yoxlanış məntəqələrinin sayının artırıldığı qeyd olunub.

Mediaturun yekununda təşkil edilmiş brifinqdə Heydər Əliyev Beynəlxalq Hava Limanın direktoru Teymur Qasımov bildirib ki, COP29 zamanı sərnişin axınının gündəlik 25-27 min nəfərə qədər artacağı gözlənilir.

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev qeyd edib ki, COP29 çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə insanların iqlim dəyişikliyi kontekstində yerdəyişməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsi (18 noyabr) planlaşdırılıb.

"Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur. Həmçinin bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat, maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb", - Ülvi Əliyev qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Heydər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
11
olaylar.az

10Mənbələr