AZ

Elnarə Abdullayeva: "Axırda məni də öldürəcəklər"

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin reanimasiyaya düşməsi ilə bağlı məlumata aydınlıq gətirib.
 
Ölkə.az xəbər verir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında yayılan xəbərdən çox əsəbləşdiyini qeyd edib:

"Dünən efirə gedəcəkdim. Zəng etdilər ki, qızın xəstələnib. Qızım da qrip idi, mən də xəstəliklərdən bir az qorxan adamam. Verilişə gecikəcəyimi bilib, efirə zəng etdim ki, gecikə bilərəm. Xəstəxanada olanda baxdım ki, aləm dəyib bir-birinə. Telefon susmurdu, deyirəm nə olub axı? Deyirlər, efirdə deyiblər ki, Elnarə Abdullayevanın qızının halı pisləşib, reanimasiyaya yerləşdirilib. Nə reanimasiya, nə həkim? Adi qripdir də, hamı olandan. Elə edəcəklər ki, axırda məni də öldürəcəklər. Bu qızın ailəsi var. Onun haqqında bu xəbəri yayanda heçmi ailəsini düşünmədilər? İki ailəni bir-birinə vurdular. Mənim uşaqlarımın xoşu gəlmir ki, onların haqqında efirdə nəsə deyilsin. İki gündən bir evimə niyə qırğın salırsınız axı? Belə şey olar?"

Elnarə Abdullayeva toydan 4 ay keçdiyini xatırladıb:

"4 aylıq bir gəlinin ailəsinə söz salmaq nə dərəcədə düzgündür? Yaxşı şey deyil. Belə şey olar? Bütün nəsil-nəcabət bir-birinə dəyib. O ağlayır, bu ağlayır. "Ay xala, nə olub" deyə aləm qarışdı. Belə etməyin, adamların ailəsinə söz salmayın". 

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qızı Xədicənin reanimasiyaya yerləşdirilməsi ilə bağlı ölkə mətbuatında xəbər yayılıb. 

Seçilən
2
6
olke.az

7Mənbələr