AZ

Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Cümə axşamı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

Tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Ceyhun Bayramov həmkarını Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. "Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb", deyə məlumatda qeyd edilir.

Söhbət zamanı iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də COP29-a hazırlıq məsələləri müzakirə olunub.

Seçilən
19
13
turan.az

10Mənbələr