AZ

“Qəbələ” darmadağınla növbəti mərhələdə

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, mərhələnin son oyununda “Qəbələ” doğma meydanda “Baku Sportinq”lə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.

Bölgə təmsilçisinin heyətində Domi Massumo dubl (5, 43) müəllifi olub. Digər qolları isə Ruslan Vorontsov (20) və Fərid İsgəndərov (75) rəqibin qapısından keçiriblər.

Bu qələbə sayəsində Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda “Qarabağ”ın rəqibi olub.

Raundun əvvəlki oyunlarında “Turan Tovuz” “Hypers Guba”nı (7:2), MOİK “Şimal”ı (3:1), “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı (4:0), “Kəpəz” “Ağdaş”ı (6:0), “Səbail” “Dinamo”nu (6:0), “Qaradağ Lökbatan” “Karvan”ı (3:0), “Mingəçevir” “Zaqatala”nı (1:0), “Difai” “Şəfa”nı (3:2), “Şamaxı” isə “Şəmkir”i (6:1) məğlub edib. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.

Seçilən
73
futbolinfo.az

1Mənbələr