Neçə gündür beynəlxalq və yerli mediada Türkiyənin yeni yaradacağı silahla bağlı müzakirə gedir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində hava hücumundan müdafiə sisteminə yeni silah qatacaqlarnı söyləyib. O, bəyan edib ki, İsrailin "Dəmir Günbəz"i olduğu kimi, Türkiyənin isə "Polad Qübbə"si yaradılacaq.
Türkiyə İsrailin bu silahına qarşı yeni müdafiə sistemi qurur?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, "Polad Qübbə" hava hücumundan müdafiə sistemləri rəsmi Ankaranın gələcəkdə mümkün hava, raket hücumlarına qarşı müdafiə sistemidir:
""Polad Qübbə" İsrailin hava hücumundan müdafiə sistemidir. İsrail ərazisinə raket zərbələri endirilərsə, bu hava hücumundan müdafiə sistemləri əvvəlcədən atış sistemlərinin koordinatlarını aşkar edir və yerə düşmədən onları zərərsizləşdirir. Bu iki raket bir-birinə qarşı deyil. Türkiyə əvvəllər hava hücumundan müdafiə sistemlərini digər ölkələrdən alırdı. Artıq Türkiyə müdafiə sənayesi şirkətləri özünün "Polad Qübbə" hava hücumundan müdafiə sistemlərini istehsal edir. Bu sistemlər bütün strateji nöqtələrə yerləşdiriləcək ki, gələcəkdə baş vermə ehtimalı olan hər hansı təhlükənin anındaca xəbərdarlığı edilsin".
Hərbi ekspertin sözlərinə görə, həmin yeni silahlar Türkiyənin Roketsan və ASELSAN şirkətlərinin birgə layihəsi əsasında həyata keçirilir:
"Bu raket sistemləri "Siper Ürün 1" adlanır. İndi isə onun daha müasir forması, 150+ kilometr mənzilli "Siper Ürün 2" meydana çıxdı. Bu hava hücumundan müdafiə sistemləri kompleksinin üzərinə yerləşdirilən raket sistemləri ilə Türkiyə özünün müdafiə qabiliyyətini artırır".
Milli.Az