Məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcək.
Kult.az xəbər verir ki, aktyor bu barədə özünün X səhifəsində yazıb.
“Bu həftə Kamala Harris və Tim Foltsa (vitse-prezidentliyə namizəd) səs verəcəyəm”, - Şvartsenegger bildirib.
Aktyor bununla yanaşı bildirib ki, hazırda heç bir partiya onun xoşuna gəlmir:
“Respublikaçılar azad bazarın gözəlliyini unudublar, kəsiri artırıblar, seçkilərin nəticələrini rədd ediblər və demokratlar da kəsiri daha yaxşı idarə edə bilmirlər. Demokratlar Partiyasının daxili siyasəti səbəbindən ABŞ şəhərlərində cinayətlər artır”.