AZ

QAİ-də əməkdar həkim Şamama Ələsgərovanın 120 illiyinə həsr olunan konfrans KEÇİRİLDİ – VİDEOSÜJET

Qərbi Azərbaycan İcmasında görkəmli səhiyyə təşkilatçısı, əməkdar həkim, ictimai xadim, Azərbaycan SSR Ali Sovetinin deputatı, 2-ci dünya müharibəsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Qərbi Azərbaycan əsilli Şamama Ələsgərovanın 120 illiyinə həsr edilmiş konfrans təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Qərbi Azərbaycandan olan ziyalılar, hökümət nümayəndələri, tanınmış ictimai xadimlər, iştirak edib.

Konfransda əvvəlcə Şamama Ələsgərovanın həyat və fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub. Daha sonra tədbirdə çıxış edən qonaqlar Şamama Ələsgərovanın keçdiyi həyat yolundan söz açıblar.

Qeyd edək ki, həyatın hər cür sərt üzünü görən Şamama Ələsgərova 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və cəbhəyə göndərilib.
 

Sonra müharibə illərində Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olub.1945-ci ildə Şamama xanım N.Krupskaya adına 5 nömrəli klinik doğum evinin baş həkimi təyin olunub və ömrünün sonuna kimi – 1977-ci ilədək həmin vəzifəni yerinə yetirib. Onun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində doğum evi respublikanın iri müalicə profilaktika idarəsinə çevrilib.


Şamama Ələsgərovanın tədqiqatları, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunub O, respublikada malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal iştirak edib. Şamama xanım 1958-ci ildə “Səhiyyə əlaçısı”, 1960-cı ildə “Əməkdar həkim” fəxri adlarına layiq görülüb. 1969-cu il fevralın 5-də Şamama xanıma xidmətlərinə görə “Sosialist Əməyi Qəhrəmanı” adı verilib.

Qeyd edək ki, Ş.Ələsgərova respublikada bu ada layiq görülən ilk səhiyyə işçisidir.


Hürü Əliyeva, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
42
bizim.media

1Mənbələr