AZ

Bu yerlərdə skuter sürmək qadağan olunur: Yaş həddi də artırıldı

Rusiyada skuter istifadəçilərinə səkilərdə sürmək qadağan oluna bilər. Hakimiyyət onların hərəkəti üçün xüsusi infrastruktur təşkil etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Skuter sahiblərinə velosiped yollarında gəzməyə icazə veriləcək, bunun üçün yerli hakimiyyət orqanları 2031-ci ilə qədər lazımi infrastrukturu təşkil etməli olacaqlar.

Bundan əlavə, skuterlərdən istifadə üçün minimum yaş həddi 14-dən 16-ya qaldırılacaq. Elektroskuterlərin fərdi markalanması təşkil ediləcək.

Yeni qaydalar 2031-ci ildən etibarən tətbiq olunacaq.

Seçilən
35
publika.az

1Mənbələr