AZ

Yasamalda baş verən yanğında neçə nəfər tüstüdən zəhərlənib? - AÇIQLAMA

Yasamalda binada baş verən yanğında 12 nəfər tüstüdən zəhərlənib.

Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 31.10.2024-cü il tarixində saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

"İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub",- qurumdan əlavə edilib.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Seçilən
54
25
day.az

10Mənbələr