AZ

"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT




Gürcüstanda seçki vaxtı diqqətimi çəkən məqamlardan biri də bizim radikal müxalifətin tör-töküntülərinin ortalıqda fırlanması, daha dəqiq desəm: Qərb təsisatlarınıne əmri və təlimatı ilə sağa-sola şütüməsi isi. Eşitdiyimə görə onları Norveçin hansısa QHT-si dəvət etmişdi. Bunlar da bəh-bəhlə gələrək Qərbdəki, Avropadakı yiyələrinin tapşırıqlarını yerinə yetirirdilər. Və...yəqin ki, bir qarın çörək müqabilində.” -  7NEWS.AZ xəbər verir ki, bu fikirlər Gürcüstandakı seçkiləri canlı müşahidə edən Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə məxsusdur.

"Hələ onu da deyim ki, yaramaz, vicdansız, təlxək Şvabe də bizim qaldığımız oteldə lövbər salmışdı və səhərdən axşama qədər anti-Azərbaycan qüvvələrinin nümayəndələri ilə görüşlər keçirirdi. Adam sanki müşahidə missiyasını yerinə yetirməyə deyil, ölkəmizə qarşı növbəti iyrənc addımları atmağa, növbəti ssenariləri planlamağa gəlmişdi.

Yəni, demək istədiyim odur ki, Gürcüstan seçkiləri müəyyən xarici qüvvələr üçün həm də bəhanə olubd və məlum qüvvələr fürsətdən yararlanaraq bölgəni qarışdırmaq istiqamətində əvvəldən planladıqları, eyni zamanda qara məqsədlərə hesablanan müzakirələrini aparıblar.

Fəqət, nəticə? Oldumu nəticə? Ola bilərmi nəticə? Əsla! Nəticə hər zamankı kimi sıfırdır və bundan sonra da belə olacaq. Ayrıca, Gürcüstan xalqı bu ünsürlərin ağzının payını yaxşıca verdi və onları əlləri ətəklərindən uzun geri qaytardı. Radikallar da, şvabe kimi riyakar missionerlər də nəticə etibarilə tərs şapalaq yedilər və məqsədlərinə çata bilmədilər.

Bəli. Xalqlar və dövlətlər artıq ayıqdır. Üstəlik, tam ayıqdır! Ona görə də hər yerə metastaz kimi yayılmaq istəyən məkrli qüvvələr, Qərb və Avropa agentləri bundan sonra bütün bölgələrdə və regionlarda məğlubiyyətlə, fiasko ilə baş-başa qalacaqlar. Buna kimsənin şübhəsi olmasın.” – deyə Partiya sədri fikirlərinə davam edib.
 
 

Seçilən
65
7news.az

1Mənbələr