Ukrayna prezidenti Volodimir Zelenski Polşanı NATO ilə razılaşmadan sonra MiQ-29 qırıcılarını Kiyevə verməkdən imtina etdiyinə görə qınayıb.
Bu barədə Ukraynanın “Strana.ua” nəşriözünün Teleqram kanalında məlumat yayıb.
“Biz bu barədə razılığa gəldik. Bəs bundan sonra? Polşa bizə təyyarələr verdi? yox. Başqa səbəb var idi? Bəli”, – Ukrayna nəşri Zelenskidən sitat gətirir.
Kiyev rejiminin başçısının sözlərinə görə, o, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə qırıcıların təhvil verilməsini razılaşdırıb. Polşa Sovet MiQ-29-larını Kiyevə verməli, Şimali Atlantika Alyansı isə Varşavaya kompensasiya ödəyəcəkdi.