AZ

Millimizin Polşada oynayan üzvü klubunu DƏYİŞƏ BİLƏR

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov yeni sezona yeni komandada başlaya bilər.

Bizim.Media xəbər verir ki, Polşada "Radomiak" forması geyinən Məmmədova İsveç və Türkiyə klubları maraq göstərir.

Hər ikisi yüksək liqa təmsilçisi olan klublar Məmmədova yayda onlara qoşulmaq təklifi edib.

"Radomiak"la bu yay müqavilə imzalayan Rahil 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur. Amma öncədən anlaşmaya əsasən, “Radomiak” yüksək liqanı tərk edərsə, Məmmədov azad agent kimi komandadan ayrılacaq və yeni komandaya keçidində problem olmayacaq.

Qeyd edək ki, hazırda azərbaycanlı müdafiəçinin komandası 13 turdan sonra 12 xalla 18 komanda arasında 13-cü pillədədir.

Bizim.Media

Seçilən
53
1
bizim.media

2Mənbələr