AZ

Həlak olan hərbçilərin dul arvadları və anaları döyüş bölgəsinə GÖNDƏRİLƏCƏK

Həlak olan rusiyalı hərbçilərin dul arvadları və anaları Ukraynaya döyüş bölgəsinə göndəriləcək.

İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina qadınların döyüş bölgəsinə göndərilməsi ideyasını dəstəkləyib.

“Yaralı bir kişinin çarpayısında bir qadının olması – mahiyyət etibarı ilə ananın varlığı həmişə müəyyən bir istilik yaradır. Çünki anaların həmişə yaralı oğullarına qulluq etmək imkanı olmur.

Övladlarını, ərlərini itirmiş qadınlar, mənə elə gəlir ki, yaralı əsgərlərə üçqat hərarət verəcəklər. Ona görə də biz onları ancaq alqışlaya bilərik.

Düşünürəm ki, Müdafiə Nazirliyi ilə birlikdə hüquqi mexanizmləri yekunlaşdırmaq o qədər də çətin deyil”, – Ostanina deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr