AZ

Bu ölkə ərazisindəki bütün İran baş konsulluqlarını bağlayır

Almaniya öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Handelsblatt” nəşri yazıb.

Belə ki, Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklər bağlanacaq. Lakin İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.

Almaniya rəsmiləri bu qərarı terrorçuluqda təqsirləndirilən, İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd barəsində çıxarılan hökmə reaksiya kimi izah ediblər.

Bu gün Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın İrandakı səfiri Markus Potzel və İranın məsləhətləşmələr üzrə müvəqqəti işlər vəkilini geri çağırıb. Onlara kəskin etiraz edilib və əlavə tədbirlər görmək hüququ barədə xəbərdarlıq olunub.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Baerbok İran məhkəməsini Şarmaxd haqqında hökmü ləğv etməyə və ona “hüququn aliliyinə əsaslanan ədalətli apellyasiya prosesi” təqdim etməyə çağırıb. Lakin İran hakimiyyəti bu tələb haqda tədbir görməyib. Buna cavab olaraq Almaniya iki iranlı diplomatı ölkədən çıxarıb.

Seçilən
53
2
qafqazinfo.az

7Mənbələr