Bir çox insanlar səs verməyə vətəndaşlıq borcu kimi baxırlar. Bu hüquqa malik olanlar çətin də olsa demokratik seçimlərini etmək üçün hər cür cəhd edirlər. Ancaq səs vermək istəyən şəxs kosmosdadırsa işlər daha da mürəkkəbləşir. Bəs ABŞ prezident seçkilərinə bir neçə gün qalmış kosmosda olan astronavtlar necə səs verəcəklər?1971-ci ildən bu yana kosmonavtlar etibarnamə vasitəsilə səs verirərkən, ABŞ astronavtları birbaşa səs verməyə üstünlük verirlər.ABŞ astronavtı kosmosdan səs vermək istəyəndə əvvəlcə Federal Poçt Kartı Ərizəsini dolduraraq uzaqdan səs vermək üçün icazə almalıdır.Bu icazə ilə astronavtlar Beynəlxalq Kosmik Stansiyada (BKS) elektron səsvermə bülleteni doldururlar.Səsvermə bülletenləri şifrələnir, BKS-də kompüterə yüklənir və NASA-nın Peyk İzləmə və Məlumat Ötürmə Sistemi vasitəsilə Yerdəki White Sands Test mexanizminə göndərilir.Buradan Hyustondakı Conson Kosmik Mərkəzinə köçürülən səslər elektron şəkildə səlahiyyətli məmurlara çatdırılır.Beləliklə, seçki bülleteni kosmosa gedib geri qayıtmaqdansa, daha qənaətcil və praktiki üsula əl atılır.1996-cı ildə Rusiyanın “Mir” kosmik stansiyasında xidmət etmiş amerikalı astronavt Con Blaha həmin il ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək istəsə də, Texas Dövlət Departamentinin elektron səsvermə ilə bağlı müvafiq hüquqi tənzimləmələri olmadığı üçün istəyini həyata keçirə bilməyib.Bir il sonra lazımi qaydalar qəbul edildikdə, astronavt David volf 1997-ci ildə kosmosdan səs verən ilk amerikalı olub.2004-cü ildən bəri ABŞ astronavtları 2012-ci ildən başqa bütün seçkilərdə kosmosdan səs veriblər.Astronavt Ketlin Rubins 2016 və 2020-ci illərdə səs verib və birdən çox seçkidə kosmosdan səs verən yeganə şəxs olub.Mənbə: ILF Science
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta