AZ

Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək yox, ləğv etmək lazımdır - Peter Siyarto

Aİ ölkələrinin Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalar işə yaramır, ona görə də onları sərtləşdirməyin mənası yoxdur.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Biz [sanksiyaların] nəticələrini həqiqətən qiymətləndirməliyik. Əgər bunu etsəydilər, o zaman hamı görərdi ki, sanksiyalar sadəcə olaraq nəticə vermir. Onlar Avropa iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vurdular”, - Peter Siyarto Avrasiya təhlükəsizliyi üzrə Minsk konfransında deyib.

Siyartonun sözlərinə görə, avropalı siyasətçilər hesab edirlər ki, sanksiyalar nəticə verməsə belə, yenə də sərtləşdirilməlidir. Nazir qeyd edib ki, Macarıstan bu nöqteyi-nəzərlə razı deyil və buna görə də Avropa İttifaqının həyata keçirdiyi sanksiyalar siyasətini dəstəkləmir. Onun fikrincə, sanksiyalar işə yaramırsa, o zaman onları gücləndirmək yox, ləğv etmək lazımdır.

QAZİLER.AZ

Seçilən
42
qaziler.az

1Mənbələr