AZ

Fransa səfiri Azərbaycana böhtan atdı- "Kəndin torpaqları işğal olunub"...

Image

Arzuxan Əlizadə: "Bir kəndin qəbiristanlığının ziyarət imkanlarının məhdudlaşdırılması hara, yüzlərlə Azərbaycan kəndlərinin qəbiristanlığının barbarcasına dağıdılması hara..."

Fransa hökuməti hələ də Qarabağın sərvətlərinin əlnidən çıxması ilə barışmır. Əldən çıxan qızıl yataqları, digər faydalı qazıntılar və meşələrdəki nadir keyfiyyətə malik ağacları Makron xatırladıqca yuxusu ərşə çəkilir. 

Fransa tacirləri Qarabağ meşələrinin nadir ağaclarından hazırlanmış mebel dəstlərini milyonlarla dollara Dunyada hərraca çıxarıb külli miqdarda pul qazanırdılar. İndi o qazanc əldən çıxdığına görə Fransa hakimiyyəti çox narahatdır. Bu narahatlıq addımbaşi hiss edilir. Bu günlərdə isə o narahatlığı biz Fransanın Ermənistandakı səfirindən eşitdik.

Belə ki, Fransanın Ermənistandakı səfiri Azərbaycanın Qərbi Zəngəzura (Sünik) yeni hücumlarının təhlükəsi barədə təxribatçı bəyanat verib. İki qonşu dövlətin sülhə heç vaxt indiki kimi yaxın olmadıği bir vaxtda, Fransa səfiri sönməkdə olan odun üstünə benzin tökməkdə qərarlıdır. Belə hərəkətlərinə görə erməni icması anlamalıdır ki, Fransa və onun səfiri yalnız Azərbaycanla deyil, həm də Ermənistanla düşmənçilik edir.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycandan Qərbi Zəngəzura mümkün yeni hücumların təhlükəsindən danışıb.

“Regionun bir hissəsi Azərbaycan tərəfindən işğal olunub və biz bunu görürük. Bu vəziyyət sakinlər üçün böyük çətinliklər yaradır. Hücumların yenidən baş verə biləcəyinə real təhlükə var”, - Dekotini çərşənbə günü Gorusda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əhalinin su təchizatı və bir sıra digər məişət problemləri var.

“İnsanlar öz yaxınlarının məzarını belə ziyarət edə bilmirlər”, - deyən səfir bunu "faciə" adlandırıb.

Bədbəxt ermənilər də elə bilir ki, Fransa səfiri düz yoldadır, əgər onları məzlum kimi təqdim edirlərsə, bunda fayda var. Çünki ermənilər həmişə bu mövqedən faydalanıb. Anlaşılan deyil, erməni kəndlərinə suyu kim çəkməlidir, Azərbaycanın buna nə dəxli var? Digər tərəfdən, Azərbaycan Ordusu heç vaxt dinc əhaliyə atəş açmayıb. Hansısa kəndin qəbiristanlığı və ya özü Azərbaycan Ordusunun atəş alanı altındadırsa da bundan dinc əhaliyə heç bir təhlükə yoxdur.

Səfir özündən uydurur ki, guya Ermənistanın hansısa kəndi üç tərəfdən Azərbaycan Ordusu ilə əhatələnib. Belə mövqelərə malik kifayət qədər Azərbaycan kəndi də var və bu, həmsərhəd ölkələr üçün təbii haldir.

Fransa səfirinin bu cür təxribatçı bəyanatı nəyə hesablanıb, Fransa nə etmək istəyir?

Sualımızı cavablandiran politoloq Arzuxan Əlizadə bildirdi ki, Fransa rəsmilərinin Azərbaycana qarşı belə qərəzli açıqlamaları ilk deyil və yəqin ki, son da olmayacaq: "Fransanın Ermənistandaki səfiri artıq neçənci dəfədir ki, Azərbaycana qarşı belə qərəzli mövqe nümayiş etdirir. Məsələ burasındadır ki, Azərbaycan ərazilerinin 30 il müddətində işğal altında qaldığı sürəcdə bu  cənabların "gözləri kor olmuşdu", bir milyon azərbaycanlı qaçqının hansı şəraitdə yaşadığını "görmürdülər". Bu gün bir kəndin əhalisinin yaxınlarının qəbirlərini ziyarət edə bilməməsini faciəyə çevirən Fransa səfiri 30 il bir milyon azərbaycanlının, o cümlədən də 300 milyon əhalinin Qərbi Azərbaycandan qaçqın düşməsini, onların yaxınlarının milyonlarla qəbirinin darmadağın edilməsini görmürmü? Bir kəndin qəbiristanlığının ziyarət imkanlarının məhdudlaşdırılması hara, yüzlərlə kəndin qəbiristanlığının barbarcasına dağıdılması hara...

İşgal altında olan bütün ərazilərdə və Qərbi Azərbaycanda olan bütün azərbaycanlılara məxsus qəbiristanlıqlar vəhşicəsinə ermənilər tərəfindən darmadağın edilib. İndi Fransa səfiri özündən uydurur ki, hansısa kəndin sakinləri qorxusundan qəbiristanlığı ziyarət edə bilmir.

O da tamamilə absurd məsələdir ki, Azərbaycan Ordusu ermənilərin Sünik adlandırdığı Qərbi Zəngəzur ərazisinə hücum edə bilər. Bununla Fransa səfiri həm beynəlxalq ictimaiyyəti aldadir, həm də ermənilərdən bir oyuncaq kimi istifadə etməklə, regionda gərginlik yaratmaq istəyirlər. Təbii ki, bunlar bütün hallarda qəbuledilməz hərəkətlərdir. İstər Fransa səfirinin, istər ermənilərin, istərsə də bu cür mövqe tutmuş digər ölkələrin və beynəlxalq təşkilatların çirkin niyyətləri həyata keçməyəcək. Azərbaycan 44 günlük ikinci Qarabağ savaşi ilə təkcə torpaqlarını azad eləmədi, həm də regionda mövcud reallıqları dəyişdi, beynəlxalq hüququn prinsiplərini bərqərar etdi və Ermənistan vasitəsilə regionda möhkəmlənmək istəyən beynəlxalq güclərin planlarının üstündən qara xətt çəkdi. Əslində həmin qüvvələr bunu həzm edə bilmirlər. Ona görə də bir-birinin ardınca Azərbaycanla bağlı təxribatçı bəyanatlar verirlər".

Dəniz NƏSİRLİ





Seçilən
66
baki-xeber.com

1Mənbələr