AZ

Ukrayna Macarstandan nə xahiş etmək niyyətindədir?

Ukrayna və Macarıstan ölkələr arasında münasibətlərə dair ikitərəfli sənəd hazırlayır. Sənədə Ukraynanın NATO-ya qəbulu ilə bağlı bənd daxildir.

Editor.az bildirir ki, bu barədə Ukrayna dövlətinin başçısı Vladimir Zelenski oktyabrın 30-da Terobşina və Zakarpat vilayətinin rayonlarının rəhbərləri ilə görüşündə danışıb. Zelenskinin sözlərinə görə, Macarıstan Ukraynanın qələbə planına qismən mane ola biləcək ölkələrdən biridir.

“Biz Macarıstanın istənilən blokadasından keçəcəyik. Amma mən istəyirəm ki, Ukrayna öz qonşularının blokadası olmadan, əksinə, onların köməyi ilə qələbəyə getsin”, – prezident qeyd edib: “Bu gün ikitərəfli sənəd hazırlanır. Biz çox istərdik ki, Ukrayna ilə Macarıstan arasında ikitərəfli bir sənəd olsun ki, ölkələrimiz arasında heç bir problem qalmasın”.

İkitərəfli dialoqun və sənədin bir hissəsi təhlükəsizlik, yəni Ukraynanın NATO-ya daxil olması məsələsidir. “Biz xahiş edirik ki, Ukraynanın Alyansa dəvətinə mane olmasın, yəni bizə dəstək olmasın, bizə səs verməsin və bu bənd bizim təkliflərimizdə var. Biz çox istərdik ki, Macarıstan belə bir maddəni bloklamasın. Bu, bizim üçün vacibdir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr