AZ

PSJ-dən 55 milyon maaş borcunu buna görə istəyib

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə komandanın sabiq hücumçusu Kilian Mbappe arasında münaqişənin səbəblərindən biri futbolçunun kiçik qardaşı Ethan Mbappeni komandaya buraxmamaq qərarı olub.

90deqiqe.Az-ın “L'Equipe”yə istinadən məlumatına görə,  PSJ-nin baş məşqçisi Luis Enrikedən Etan Mbappeni ötən mövsüm Fransa çempionatının 33-cü turunun "Tuluza" ilə matçında heyətə daxil etməməyi xahiş edib. Bundan sonra Kilian ispaniyalının qərarından xəbər tutan kiçik qardaşının paltardəyişmə otağında ağladığını görüb.

Bu, 25 yaşlı futbolçunun kəskin narazılığına səbəb olub, bununla əlaqədar o, Əl-Xelaifiyə kluba 55 milyon avro maaş borcunu bağışlamayacağını bildirib.

Mbappe mövsümlərarası yayda azad agent kimi "Real Madrid"ə keçib. Fransız futbolçu Los Blancos üçün 9-cu forma nömrəsini geyinir.

Seçilən
37
90deqiqe.az

1Mənbələr