Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Apasport.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan ilk qarşılaşma A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında olub.
“Azərreyl” inamlı qələbə qazanıb - 3:0. MOİK isə “Murov Az Terminal”la qarşılaşıb. Qrup mərhələsinin son qarşılaşmasında da qalib 3 setdə müəyyən olunub. Bu görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəni bayram edib.
A qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. “Xilasedici” 6 xalla B qrupunu lider, “Murov Az Terminal” isə 3 xalla ikinci yerin sahibi kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, noyabrın 2-də baş tutacaq yarımfinal oyunlarında “Azərreyl” - “Murov Az Terminal” ilə, “Xilasedici” isə “Neftçi” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
Kişilər
31 oktyabr
A qrupu
“Azərreyl” - “Neftçi” - 3:0 (25:20, 25:20, 25:23)
B qrupu
MOİK - “Murov Az Terminal” - 0:3 (13:25, 16:25, 10:25)
Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub
Təmsilçimiz Avropa çempionu olub
“Azərreyl” Avropa Kubokunun qalibi olub
Daha bir Azərbaycan komandası finalda
“Azərreyl” finala yüksəlib