AZ

Ermənistan Rusiyaya sifariş etdiyi qırıcıları Hindistandan alacaq

2024-cü il oktyabrın sonunda Ermənistan Müdafiə Nazirliyi yerli istehsal olan Su-30MKI Flanker-H qırıcılarının, eləcə də xüsusi silahların partiyasını almaq məqsədi ilə Hindistanın təyyarə istehsalçısı HAL ilə danışıqlara başladığını açıqlayıb.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan 5 ildir ki, icra olunmayan Rusiyadan edilmi səkkiz Su-30SM Flanker-C sifarişini ləğv etmək niyyətindədir.

“Avions Legendaires” yazır ki, bu, Hindistanın öz Su-30MKI-ni ixrac etmək qərarından sonra ilk müqavilə olacaq.

Ermənistanın qırıcı donanması hazırda 2019-cu ilin yazında alınan dörd Su-30SM Flanker-C və təxminən on beş köhnə Su-25K-dan ibarətdir.

2019-cu ildə qırıcıları qəbul etdikdən bir neçə həftə sonra Ermənistan daha səkkiz Su-30SM sifariş etmək qərarına gəlib. Müqavilə məbləğinin 70 faizə qədəri qismən ödənilsə də, o vaxtdan bəri İrəvana heç bir təyyarə təhvil verilməyib. Səbəb sadədir: “Suxoy” onların heç birini istehsal etməyib və bu günə qədər Su-30-lar zavodları yalnız Rusiyanın özünün ehtiyacları üçün tərk edib: “Beş ildən sonra deyəsən, ermənilərin səbri tükənib. Rusiya nəinki müştərisini, həm də müttəfiqini itirə bilər. Ermənistan HAL ilə 8-dən 12-yə qədər Su-30MKI-nin tədarükü ilə bağlı danışıqlara başlayıb. Faktiki olaraq, Hindustan Aircraft Limited şirkəti “Suxoy”un avansı ödəməsi şərti ilə səkkiz yeni təyyarəni Ermənistana çatdıracaq və dörd hazırkı Su-30SM-ni Su-30MKI standartına təkmilləşdirəcək”.

 

Musavat.com

Seçilən
27
50
musavat.com

10Mənbələr